Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı
Far.Az xəbər saytı

Bakıda sinif yoldaşının yandırdığı şagirdlə bağlı YENİ MƏLUMAT: Qohumu danışdı


Aprelin 20-də Bakının Yasamal rayonunda yerləşən 286 nömrəli məktəbdə sinif yoldaşı tərəfindən yandırılan şagirdin son vəziyyəti açıqlanıb.

Far.Az ARB TV-yə istinadən xəbər verir ki, üzərinə spirt tökülərək yandırılan 9-cu sinif şagirdinin vəziyyəti ağırdır, onun həyatda qalması üçün qan axtarılır.

Bu barədə zərərçəkənin bibisi Nərgiz Vəliyeva məlumat verib. O qeyd edib ki, yeniyetmənin sifət, baş, sinə, hər iki qolları, bütün qarnı və kürəyi, ümumilikdə bədəninin 66%-i yanıb: "Böyrək çatışmazlığı başlayıb. Çox pis vəziyyətdəyik".

"Xəsarət alan şagird Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə hospitalizasiya olunub. Müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir", - deyə mərkəzin həkimi Ülviyyə Zeynalova qeyd edib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən məktəbli polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
"Nərgiz" Ticarət Mərkəzində təlim keçirilib
Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə tədris prosesinə başlanılıb
"Miss Russia 2025" qalibi real həyatda necə görünür?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər