Azad olunmuş ərazilərin bərpasına 386,2 milyon manat xərclənib
Far.Az xəbər saytı

Azad olunmuş ərazilərin bərpasına 386,2 milyon manat xərclənib


İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası istiqamətində 2026-cı ilin I rübündə sifarişçi qurumların təqdim etdiyi kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulan vəsaitin 11,0 faizi, yəni 386,2 milyon manat istifadə olunub.

Far.Az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, həmin məbləğin 355,2 milyon manatı infrastruktur layihələrinə yönəldilib. Bu çərçivədə avtomobil yollarının layihələndirilməsi, tikintisi və yenidən qurulmasına 185,0 milyon manat, yeni yaşayış komplekslərinin inşası və layihələndirilməsinə 142,2 milyon manat, turizm infrastrukturunun yaradılması və digər tədbirlərə isə 28,0 milyon manat sərf edilib.

Bundan əlavə, 10,7 milyon manat səhiyyə və mədəniyyət yönümlü sosial layihələrin maliyyələşdirilməsinə, 20,3 milyon manat isə ərazilərin minalardan təmizlənməsi işlərinə ayrılıb.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər