Murad Kərimov: "Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb"
Far.Az xəbər saytı

Murad Kərimov: "Naxçıvan RQİİ-nin strukturu tam formalaşdırılıb"


Hazırda Naxçıvan Regional Qaz İstismarının (RQİİ) strukturu tam formalaşdırılıb və muxtar respublikanın Qaz İstismar Xidmətinin bütün əməkdaşları yeni strukturda yerləşdirilib, proses yekunlaşıb.

"Report"un yerli bürosu xəbrə verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İstedadların idarə edilməsi və biznes tərəfdaşlığı departamentinin rəis müavini, departament rəisi vəzifəsini icra edən Murad Kərimov qurumun Naxçıvan Muxtar Respublikasına təşkil etdiyi media-turda deyib.

Onun sözlərinə görə, Birliyin təsdiq edilmiş strategiyasının tətbiq planına uyğun olaraq, yeni əməliyyat modelinə keçidlə əlaqədar idarəetmə mexanizminin təkmilləşdirilməsini və struktur bölmələrin fəaliyyətinin səmərəliliyinin artırılmasını təmin etmək məqsədilə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin müvafiq əmri ilə qurumun tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi Naxçıvan RQİİ yaradılıb: "Bu idarə üzrə vakant yerlərin komplektləşdirilməsi Naxçıvan Muxtar Respublikasının Qaz İstismar Xidmətində işləyən işçilər hesabına təmin edilib. Bu məqsədlə yeni əməliyyat modelinin tələblərinə əsasən, İdarənin Aparatında və Xidmət sahələrində struktur bölmələr yaradılıb, əməkdaşlar icra etdikləri vəzifə və peşələrə uyğun olaraq peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesi çərçivəsində test imtahanları və peşə sınaq imtahanlarına cəlb ediliblər. Prosesin məntiqi nəticəsi kimi peşəkarlıq fəaliyyətinin qiymətləndirilməsi prosesinin nəticələrinə əsasən, əməkdaşlar mövcud vakant yerlərə yerləşdirilib".

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər