Macarıstanın Baş naziri Orban deputat mandatından imtina edib
Macarıstanın Baş naziri Viktor Orban "FİDES - Macarıstan Vətəndaş İttifaqı" koalisiyasının lideri olaraq qalmaqla deputat mandatından imtina etmək qərarına gəlib.
"Report" Macarıstan mediasına istinadən xəbər verir ki, bu barədə Orban videomüraciətində bildirib.
"FİDES və Xristian-Demokrat Xalq Partiyasının tərkibində olduğu koalisiya siyahısının birinci nömrəsi kimi aldığım mandat, əslində FİDES-in parlament mandatıdır, buna görə də mən ondan imtina etmək qərarına gəldim. İndi mən parlamentdə deyil, milli partiya hərəkatının yenidən təşkil edilməsi üçün lazımam", - o bildirib.
Orban qeyd edib ki, FİDES-in idarə heyəti ona partiya sədri kimi işini davam etdirməyi təklif edib və iyun ayında öz ümummilli qurultayını keçirmək niyyətindədir. "Əgər qurultay mənə etimad göstərərsə, mən bu vəzifəni yerinə yetirməyə hazır olacağam", - Orban vurğulayıb.
Xatırladaq ki, aprelin 12-də keçirilən parlament seçkilərinin yekunlarına əsasən, müxalif "Tisa" partiyası parlamentdəki 199 yerdən 141-ni əldə edib, hakim "FİDES" partiyası isə məğlubiyyətə uğrayaraq 52 yer qazanıb.
Qalib gələn "Tisa" partiyasının lideri Peter Madyar mayın 9-da rəsmən Macarıstanın Baş naziri vəzifəsinin icrasına başlayacaq.
Oxşar xəbərlər
Macarıstanda parlament seçkiləri başa çatıb, səslərin sayılmasına başlanılıb - YENİLƏNİB-5
Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Macarıstanda parlament seçkilərində rekord fəallıq qeydə alınıb - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Xankəndidə "Yaradan" sənədli filminin təqdimatı keçirilib
-
Türkiyədə məktəblərdə baş verən cinayətlər fonunda Təhsil Nazirliyində kadr dəyişikliyi olub
-
Avropa çempionatında üçüncü olan Jalə Əliyeva: "Məqsədim qızıl medal qazanmaq idi"
-
Azərbaycan neftinin qiyməti 114 dollara yüksəlib
-
Bakıda avtobus kişini vuraraq öldürüb
-
Şəkidə yük avtomobili yanıb













