Gürcüstan enerji və infrastruktur sahələrində ADB ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir
Asiya İnkişaf Bankının (ADB) Gürcüstandakı layihə portfelinin həcmi həm dövlət, həm də özəl sektorları əhatə etməklə təqribən 6 milyard ABŞ dollarına çatır.
"Far.Az"un Səmərqəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə bankın Gürcüstandan olan idarəedicisi Laşa Xutsişvili ADB-nin Rəhbərlər Şurasının 59-cu illik iclası çərçivəsində keçirilən rəhbərlərin işgüzar sessiyasında bildirib.
"Tərəfdaşlığımızın 20 illik yubileyi ərəfəsində Gürcüstanın əsas prioritet istiqamətləri üzrə bu əməkdaşlığın daha da dərinləşməsini səbirsizliklə gözləyirik: dəmir yolu və avtomobil şəbəkələrinin genişləndirilməsi vasitəsilə bağlantıların möhkəmləndirilməsi, "yaşıl" və bərpa olunan enerjinin inkişafı, enerji müstəqilliyi üçün enerji saxlama sistemlərinin (batareyaların) yaradılması, reallaşdırılması nəzərdə tutulam Qara dəniz sualtı kabel layihəsi də daxil olmaqla şəbəkə infrastrukturunun yaxşılaşdırılması, rəqəmsal infrastrukturun inkişafı, su təchizatı və bələdiyyə xidmətlərinin modernləşdirilməsi, eləcə də korporativ idarəetmənin islahatı", - L. Xutsişvili deyib.
Oxşar xəbərlər
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Mançester Yunayted" ÇL-nin gələn mövsümünə vəsiqə qazanıb
-
Almaniya kansleri Trampı yox, ABŞ-ni üstün tutur
-
"Axios": ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
Mərakeş Amerika hərbçilərinin itməsini terrorla əlaqəli olmadığını bildirib
-
Turistlər üçün riskli ölkələr: oğurluq halları daha çox harada qeydə alınır?













