Nicat Məmmədov: "Yeniyetmə və gənc şahmatçılar üçün dəstək proqramı bir il müddətinə hesablanıb"
Azərbaycan Şahmat Federasiyasının (AŞF) yeniyetmə və gənc şahmatçılar üçün dəstək proqramı 1 il nəzərdə tutulub.
Bu barədə "Report"a yeniyetmə və gənc şahmatçılardan ibarət Azərbaycan yığmalarının baş məşqçisi Nicat Məmmədov açıqlama verib.
Mütəxəssis AŞF tərəfindən oyunçulara təqdim olunan dəstək proqramı barədə danışıb.
O, sözügedən layihəyə seçim və hazırlıq proqramından söz açıb. N. Məmmədov dəstəyin bir il ərzində nəzərdə tutulduğunu deyib:
"Hazırlıqlar məşqçilərin qrupa uyğun hazırladığı proqramlar əsasında aparılır. Əsas məqsəd dünya və Avropa çempionatına qədər uşaqların hazır vəziyyətə gətirilməsidir. Seçim AŞF-nin dəstək proqramında qeyd edilən kriteriyalara əsasən, qruplara piramida formasında - yaş artıqca azalan formada qəbul olunur. Fərdi dəstək Azərbaycan çempionatı və Avropa çempionatının mükafatçılarına və qismən yaş-reytinq faktoruna baxılaraq göstərilir. Sonda qeyd edilən kateqoriya həm fərdi, həm də qrup dəstəyi alır. Dəstək şahmatçıların inkişafı nəzərə alınaraq bir il nəzərdə tutulur".
Xatırladaq ki, Azərbaycan Şahmat Federasiyasının rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığmalarda çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib. Toplantıda qurum tərəfindən şahmatçılara təqdim olunan dəstək proqramı barədə məlumat verilib.
Oxşar xəbərlər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Gələcəyə ümidlə baxan uşaqların sağlamlıq arzusu burada gerçəkləşə bilər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Bakı Uşaq və Gənclər Teatrı yeni layihəyə start verib.
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qaraheybət təlim mərkəzində bədbəxt hadisə
-
WUF13 zamanı Bakıda geniş nəqliyyat planı tətbiq olunacaq
-
"Space" televiziyasına yeni baş direktor TƏYİN EDİLDİ
-
Milli Məclis Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb
-
"Tanjug": Azərbaycan dünyada ən çox palçıq vulkanına sahib ölkədir
-
Tramp neft qiymətlərinin kəskin ucuzlaşacağını proqnozlaşdırıb













