Əl-Zaidi: İraq İran və ABŞ arasında vasitəçi kimi çıxış edə bilər
Far.Az xəbər saytı

Əl-Zaidi: İraq İran və ABŞ arasında vasitəçi kimi çıxış edə bilər


İraq İran və ABŞ arasındakı danışıqlarda vasitəçi kimi çıxış edə bilər.

"Report" xəbər verir ki, bu təklifi İraqın Baş naziri səlahiyyətlərini icra edən Əli Əl-Zaidi İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı zamanı edib.

"İraq münaqişələrin həllinin diplomatik yollarına sadiqdir və İranla ABŞ arasında vasitəçi kimi çıxış edə bilər", - Əl-Zaidi "X" sosial şəbəkəsində danışığın yekunlarına dair yazıb.

Xatırladaq ki, 2026-cı il fevralın 28-də ABŞ və İsrail bir sıra şəhərlərə aviazərbələr endirərək İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, ABŞ-nin Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

Aprelin 8-ə keçən gecə İran, ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar keçirilib. Uzun çəkən müzakirələrdən sonra tərəflər görüşü razılıq əldə etmədən başa çatdırıblar.

ABŞ Tehrana təzyiq vasitəsi kimi İran limanlarının və Hörmüz boğazından keçidin blokadaya alındığını elan edib. İran bildirib ki, Hörmüz Fars körfəzi ölkələrinə gedən gəmilər üçün artıq bağlanıb. Regiondakı vəziyyət dünya enerji böhranına səbəb olub.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər