"Bitcoin"in qiyməti DÜŞDÜ
Far.Az xəbər saytı

"Bitcoin"in qiyməti DÜŞDÜ


Kriptovalyuta bazarında son sutka ərzində əsas rəqəmsal aktivlərin dəyərində əsasən azalma qeydə alınıb.

Far.Az xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin" son 24 saatda 0,68 faiz ucuzlaşaraq 80 937 dollara düşüb. "Ethereum" isə 2,04 faiz dəyər itirərək 2 326 dollardan ticarət olunub.

Bununla yanaşı, bəzi kriptovalyutalarda artım müşahidə edilib. BNB 1,31 faiz bahalaşaraq 643 dollara yüksəlib. Qızıla bağlı rəqəmsal aktivlərdən "Tether Gold" 1,13 faiz, "PAX Gold" isə 1,06 faiz artaraq 4 683 dollar səviyyəsinə çatıb.

Digər aktivlərdən "Zcash" 1,89 faiz bahalaşaraq 534 dollar, "Monero" 0,39 faiz artımla 408 dollar, "Bittensor" isə 7,12 faiz yüksələrək 307 dollar olub.

Məlumata görə, kriptovalyuta bazarının ümumi kapitallaşması son bir gündə 0,59 faiz azalaraq 2,68 trilyon dollara enib.

Analitiklər bildirirlər ki, bazardakı dəyişikliklərə baxmayaraq, investorların diqqəti ABŞ-də kriptovalyutaların tənzimlənməsi ilə bağlı yeni təşəbbüslərə və qızılın bahalaşması fonunda alternativ investisiya alətlərinə yönəlməkdə davam edir.

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Kriptovalyuta bazarı təzyiqdə: likvidlik azalır, investorlar təhlükəsiz aktiv axtarır - ARAŞDIRMA
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
"Bitcoin" və "Ethereum" bahalaşdı
Neft qiymətlərinin yüksəlməsi kriptovalyuta bazarına necə təsir göstərir? – ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər