"The Maritime Executive": Rusiya Suriyadakı hərbi bazasını bərpa edir
Far.Az xəbər saytı

"The Maritime Executive": Rusiya Suriyadakı hərbi bazasını bərpa edir


Rusiya Suriyanın Tartus limanında yerləşən hərbi-dəniz bazasını bərpa etməyə başlayıb.

"Far.Az" xəbər verir ki, bu barədə "The Maritime Executive" ixtisaslaşdırılmış resursu məlumat yayıb.

Məlumata görə, Kremlin donanması ABŞ silahlı qüvvələrinin oradan çıxması fonunda strateji cəhətdən əhəmiyyətli regionda öz mövqelərini yenidən möhkəmləndirir.

Nəşr qeyd edir ki, Rusiya gəmilərinin son yerdəyişmələri uzun fasilədən sonra daimi yerləşdirilməyə hazırlıq görüldüyünü göstərir. Uzun müddət ərzində Rusiyanın bu ərazidəki hərbi-dəniz iştirakı son dərəcə məhdud olaraq qalırdı - akvatoriyada yalnız bir "Stoykiy" (F545) korveti xidmət edirdi. Eyni zamanda onun marşrutu qeyri-adi görünürdü: gəmi bütün Afrika qitəsi ətrafında dövrə vurub və Keyptaun yaxınlığındakı manevrlərdə iştirak edib. Korvet həmçinin Seyşel adalarına və İran limanlarına da daxil olub. Uzun və ağır səfərdən sonra bazaya qayıtmaq əvəzinə, "Stoykiy" Suriya sahillərində saxlanılıb.

"Əvvəllər Rusiyanın Suriyaya səfərləri limanlara adi girişləri xatırladırdı. İndi gəmilər daimi əsasda yanalma körpülərini tuturlar. "Stoykiy" həftələrlə daimi donanma üçün nəzərdə tutulmuş pirslərdə dayanır", - nəşrdə bildirilir.

Bazanın bərpa olunmasının əsas sübutu böyük bir logistik konvoyun Tartus istiqamətində hərəkət etməsi olub. Onu güclü "Admiral Kasatonov" (F461) freqatı müşayiət edir. Bu, təsirli silahlanmaya malik müasir döyüş gəmisidir. "Qrupun tərkibində beynəlxalq sanksiyalar altında olan "General Skobelev" məhsul daşıyan tankeri, "Sparta" yük gəmisi və "Akademik Paşin" neftdaşıyan gəmisi gedir", - "The Maritime Executive" yazır.

Bununla yanaşı, resurs vurğulayır ki, "General Skobelev" tankeri AIS sisteminin siqnallarını qəsdən saxtalaşdırır. Gəmi özünü Baltik dənizi akvatoriyasındakı kimi göstərir, halbuki, artıq Cəbəllütariq boğazını keçib.

Oxşar xəbərlər

1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər