Marneulidə Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
Marneulidə Heydər Əliyevin xatirəsinə həsr olunan tədbir keçirilib.
"Far.Az"un yerli bürosu xəbər verir ki, Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı Marneuli şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə "Dostluğun memarı – Heydər Əliyev" adlı fotosərgi və anım tədbiri keçirilib.
Marneulidə yerləşən Azərbaycan Evində təşkil olunan tədbirdə əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, merin birinci müavini Giorgi Qodabrelidze, Marneuli Bələdiyyəsinin sədri Amiran Giorqadze, icma və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev çıxışında Heydər Əliyevin Azərbaycan–Gürcüstan münasibətlərinin inkişafında və iki xalq arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsində oynadığı mühüm roldan danışıb.
Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı isə Ümummilli Liderin siyasi fəaliyyətindən, dünya azərbaycanlılarının birliyi istiqamətində gördüyü işlərdən bəhs edib.
Tədbirdə sabiq deputatlar İsak Novruzov və Ramiz Bəkirov da çıxış edərək Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.
Sonda iştirakçılar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.
Oxşar xəbərlər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazilə Salmanova instituta direktor TƏYİN OLUNDU
-
Azərbaycanın U-16 millisi UEFA İnkişaf Turnirindəki ikinci oyununda da uduzub
-
Niderland "MV Hondius" gəmisinin sərnişinlərinə karantin rejimi tətbiq edəcək
-
Bakıda keçiriləcək UFC turnirinin biletləri mayın 15-də satışa çıxarılacaq
-
UFC Bakı turnirinin bilet satışı mayın 15-də başlayacaq
-
Adriana Lima və Alessandra Ambrosio Trendyol ilə əməkdaşlığa başlayıb













