23 900 AZN-ə Wuling Alvez rəsmi distributordan!
Wuling Alvez kompakt SUV seqmentində əlçatan qiyməti ilə seçilən modellərdən biridir və hazırda xüsusi kampaniya çərçivəsində cəmi 23 900 AZN-ə təklif olunur.Modelin əsas üstünlüyü məhz bu qiymət seqmentində təqdim etdiyi balanslı xüsusiyyətləridir.
Wuling markası Çində avtomobil bazarında TOP 5-də yer alır və bu model General Motors və SAİC Motor konserninin birgə əməkdaşlığı nəticəsində istehsal olunur. Bu isə həm texnologiya, həm də etibarlılıq baxımından markaya əlavə dəyər qatır.
Uzunluğu 4350 mm, eni 1750 mm, hündürlüyü 1610 mm olan bu kompakt SUV şəhər mühitində manevr və park baxımından rahatlıq təmin edir. İnteryer isə həm sürücü, həm də sərnişinlər üçün komfortu ön plana çıxarmaqla uzaq səyahətləri rahat edir.
Avtomobil 92 oktanlı yanacağı dəstəkləyən 1.5 litrlik atmosfer mühərriklə qarışıq rejimdə 5.7 litr yanacaq istifadə edir. Təhlükəsizlik sistemləri sırasında ABS, EBD və ESC kimi funksiyalar, həmçinin yoxuşda hərəkəti asanlaşdıran HHC sistemi yer alır. Sürüş rahatlığını artırmaq üçün arxa görüntü kamerası və park radarları da təqdim edilir.
Komfort və texnologiya tərəfdən avtomobil açarsız daxilolma və start-stop sistemi, 10.1 düyümlük sensor ekranı, o cümlədən multifunksional sükan ilə təchiz edilib. Bu funksiyalar gündəlik istifadə zamanı sürücü üçün əlavə rahatlıq yaradır.
Wuling Alvez modelini 10% ilkin ödənişlə olmaqla, 5 ilə qədər kredit və ya 4 ilə qədər lizinq şərtləri ilə əldə etmək mümkündür.
Rəsmi distributor İMOTORS MMC bu modelə 4 il və ya 100 000 km istehsalçı zəmanəti həmçinin orijinal ehtiyat hissələ və servis xidməti təklif edir.
Bu qiymət təklifi daha geniş auditoriya üçün SUV seqmentini əlçatan etməklə yanaşı, seçim etməkdə tərəddüd edənlər üçün real alternativ kimi çıxış edir.
Wuling Azərbaycan
Ətraflı məlumat üçün: *8887
Oxşar xəbərlər
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mbappe "Barselona" ilə matçda "Real"ın heyətinə daxil edilməyib
-
İran ABŞ-nin nizamlama təklifinə cavab kimi Livanda atəşkəslə bağlı şərt qoyub
-
Netanyahu: İranla müharibə hələ bitməyib
-
ABŞ Çinlə nadir torpaq metalları müqaviləsini qüvvədə olduğunu hesab edir
-
Kərkicahan sakini: Xankəndidə WUF13-ün keçirilməsini qürurla qeyd edirik
-
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB













