Tramp və Si arasında ticarət razılaşması qlobal bazarlara təsir edə bilər
ABŞ Prezidenti Donald Tramp ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən danışıqlarda ticarət gərginliyinin azaldılmasına yönəlmiş yeni razılaşma üzrə irəliləyiş əldə olunduğu bildirilir.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, tərəflər milli təhlükəsizlik baxımından həssas sayılmayan məhsul qruplarında ticarətin artırılması üçün yeni mexanizmin yaradılması üzərində razılığa yaxınlaşıb. Təxminən 30 milyard dollar həcmində məhsul üzrə gömrük tariflərinin qarşılıqlı şəkildə azaldılması məsələsi müzakirə olunur.
Danışıqlarda ABŞ-nin Çinlə enerji və kənd təsərrüfatı məhsulları üzrə ixracının artırılması, Çinin isə ABŞ-dən idxal etdiyi neft, mayeləşdirilmiş təbii qaz (LNG) və kömürə tətbiq etdiyi əlavə rüsumların azaldılması da gündəmdə yer alır.
Bundan başqa, ABŞ Ticarət Nümayəndəliyi tərəfindən irəli sürülən "Board of Trade" mexanizminin də razılaşmanın əsas elementlərindən biri ola biləcəyi qeyd olunur. Bu modelin iki ölkə arasında ticarət balansını yaxşılaşdırmaq məqsədi daşıdığı bildirilir.
Ekspertlərin qiymətləndirməsinə görə, mümkün razılaşma qlobal bazarlarda sabitlik yarada, səhmlər və xammal qiymətlərinə müsbət təsir göstərə bilər. Bununla yanaşı, prosesin tam iqtisadi normallaşmadan daha çox nəzarətli ticarət modelinə keçid xarakteri daşıyacağı vurğulanır.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Lu Mey Bakı və Pekinin əməkdaşlıq prioritetləri barədə: Orta Dəhliz, yaşıl enerji və süni intellekt – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan apreldə "OPEC+" kvotasından gündəlik 91 min barel geri qalıb
-
Səbinə Əliyeva Slovakiya Milli Şurasının üzvləri ilə görüşüb
-
"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazlarına 282 investor maraq göstərib
-
Azərbaycan banklarında stres-testlərin aparılması üzrə yeni vahid tənzimləmə çərçivəsi qəbul edilib
-
Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir
-
WUF13 rəsmisi: Dünyada 3,3 milyard insan yaşayış yeri problemi ilə üz-üzədir













