"Unibank" beynəlxalq fonddan 20 milyon dollar kredit cəlb edib
Far.Az xəbər saytı

"Unibank" beynəlxalq fonddan 20 milyon dollar kredit cəlb edib


"Unibank" ASC beynəlxalq maliyyə bazarlarındakı mövqeyini daha da gücləndirərək, yeni iri məbləğli maliyyə vəsaiti cəlb edib.

"responsAbility Investments AG" ilə strateji tərəfdaşlıq çərçivəsində Bank ümumilikdə 20 milyon ABŞ dolları məbləğində iki kredit xətti əldə edib.

Bu əməkdaşlıq "Unibank"ın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyinin və beynəlxalq maliyyə institutlarının Banka göstərdiyi yüksək etimadın göstəricisi kimi qiymətləndirilir.

Cəlb olunan vəsaitin 10 milyon ABŞ dollarını (AZN ekvivalentində) "Global Climate Partnership Fund SA" 5 il müddətinə təqdim edib. Qalan 10 milyon ABŞ dolları (AZN ekvivalentində) isə "responsAbility"nin idarə etdiyi fondlar vasitəsilə 3 il müddətinə ayrılıb.

Yeni maliyyə resurslarının əsas məqsədi "Unibank"ın kredit portfelinin genişləndirilməsi, xüsusilə sahibkarlığın və dayanıqlı layihələrin maliyyələşdirilməsinin dəstəklənməsidir. Bu vəsaitlər Bankın iqtisadiyyatın real sektoruna dəstəyini daha da gücləndirəcək.

"Unibank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib: "responsAbility Investments AG" ilə əməkdaşlıq çərçivəsində cəlb etdiyimiz vəsaitlər "Unibank"ın dayanıqlı inkişaf strategiyasına mühüm töhfə verəcək. Bu tərəfdaşlıq beynəlxalq maliyyə institutlarının Bankımıza göstərdiyi yüksək etimadın bariz nümunəsidir. Xüsusilə, "Global Climate Partnership Fund" ilə əməkdaşlıq çərçivəsində əldə olunan resurslar yaşıl maliyyələşmə təşəbbüslərimizi genişləndirməyə və ekoloji dayanıqlılığı dəstəkləyən layihələri maliyyələşdirməyə imkan yaradacaq. Məqsədimiz bu istiqamətdə fəaliyyətimizi daha da gücləndirərək həm sahibkarlığın inkişafına, həm də dayanıqlı iqtisadi artıma töhfə verməkdir".

"responsAbility Investments AG"ın Maliyyə İnklüzivliyi üzrə Borc Maliyyələşməsi Departamentinin rəhbəri Jaskirat Chadha isə qeyd edib: "Pərakəndə və KOS müştərilərinə xidmət sahəsində güclü təcrübəyə malik, Azərbaycanın aparıcı banklarından olan Unibank ilə əməkdaşlığa başlamaqdan məmnunuq. Bu maliyyələşmə, yerli bizneslərin maliyyə resurslarına çıxışını genişləndirəcək, eyni zamanda enerji və resurs səmərəliliyi layihələri vasitəsilə iqlim dəyişikliklərinin azaldılmasına yönəlmiş yaşıl maliyyələşmənin inkişafını dəstəkləyəcək. Dayanıqlı özəl sektorun inkişafına və inklüziv iqtisadi artıma töhfə verəcək uzunmüddətli əməkdaşlıq quracağımıza inanırıq".

"Unibank" beynəlxalq tərəfdaşlarla əməkdaşlığı strateji prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Bu istiqamətdə həyata keçirilən fəaliyyətlər Bankın maliyyə dayanıqlığını daha da gücləndirməyə və müştərilərinə daha geniş və rəqabətqabiliyyətli maliyyə imkanları təqdim etməyə xidmət edir.

Oxşar xəbərlər

Səlahiyyətli nümayəndə: Naxçıvanda sahibkarlığın inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər