Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olub
Far.Az xəbər saytı

Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü qəzaya səbəb olub


Avtomagistralda geriyə hərəkət edən avtomobilin sürücüsü yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.

"Far.Az" xəbər verir ki, bu barədə DİN Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, hadisə bu gün səhər saatlarında Yasamal rayonu, Kənar Dairəvi yolda baş verib.

Qəza səbəbindən Bakı-Sumqayıt şosesi istiqamətində sıxlıq yaransa da, polis əməkdaşları tərəfindən nəqliyyatın sərbəst hərəkətinin təmin edilməsi üçün işlər görülüb.

Müşahidələr göstərir ki, bu kimi hadisələr nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi Zığ dairəsi-Hava Limanı yolunda, Heydər Əliyev və Ziya Bünyadov prospektlərində də baş verib.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərin nəzərinə çatdırır ki, “Yol hərəkəti haqqında” Qanunun 43-cü maddəsinə əsasən avtomagistrallarda nəqliyyat vasitələrinin geriyə hərəkət etməsi qadağandır.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Zığ dairəsi – Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB
Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər