Maka Boçorişvili: Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır
Orta Dəhlizdə Azərbaycanla əməkdaşlıq xüsusi strateji əhəmiyyət daşıyır.
"Far.Az"un Gürcüstan bürosu yerli mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili bildirib.
Nazirin sözlərinə görə, bu gün imzalanan mühüm sazişlər iki ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə xidmət edir.
"Xüsusilə Orta Dəhliz kimi inkişaf perspektivlərindən danışarkən Azərbaycan bizim üçün vacib strateji tərəfdaşdır. Bu kontekstdə bu gün həqiqətən vacib sazişlər imzalanıb", – M.Boçorişvili bildirib.
O bildirib ki, Gürcüstanın tranzit potensialının tam şəkildə reallaşdırılması prioritet məsələlərdən biridir.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin iştirakı ilə iki ölkənin hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş imzalanıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanla Türkiyə arasında "Sıfır Tullantı" konsepsiyası çərçivəsində fikir mübadiləsi aparılıb
-
Avropa çempionu olan Azərbaycanın minifutbol millisi azarkeşlərlə görüşəcək
-
Brüsseldə ənənəvi beynəlxalq "Suqovuşan" minifutbol turniri keçirilib
-
EBRD-in Müdirlər Şurasının sessiyasında Azərbaycanın azad edilmiş ərazilərinin bərpasından danışılıb
-
Tramp İranla danışıqların təfərrüatlarını və Tehrandan tələbini açıqlayıb
-
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan keçirilir













