Ərdoğan: Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır
Far.Az xəbər saytı

Ərdoğan: Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır


Avropa dövlətləri Türkiyə ilə əməkdaşlığın yollarını axtarır.

"Far.Az" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra xalqa müraciətində deyib.

"Türkiyənin müdafiə sənayesinə maraq artıb", - o bildirib və əlavə edib ki, İstanbulda Avropanın ən böyük hərbi sərgisi olan "SAHA 2026"nın diqqətlə izlənilməsi bunun isbatıdır.

"İllərlə bizi yox sayanlar, bizi ciddi qəbul etməyənlər, bizə xəstə adam münasibəti göstərənlər Türkiyənin uğurları qarşısında heyranlıqlarını gizlədə bilmirlər. Türk müdafiə sənayesi bütün dünyanın qibtə ilə izlədiyi bir inkişaf yolu keçir", - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, Berlində Türkiyə-Almaniya Strateji Dialoq Mexanizmi Toplantısı keçirilib və hər iki ölkə tərəfdaşlığın əhəmiyyətini qabardıb.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İstanbulda başa çatan "SAHA 2026" müdafiə və aviasiya sərgisindən - FOTOSESSİYA
Leyla Əliyeva və Arzu Əliyeva Berlində MAMA "Ana təbiət" sərgisinin açılışında iştirak ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər