Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir
Far.Az xəbər saytı

Anar Quliyev: Mənzilə tələbat təklifi üstələməyə davam edir


Mənzilə tələbat təklifi üstələməyə davam edir, bərabərsizlik isə həm şəhərlərin daxilində, həm də onlar arasında dərinləşir.

Far.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda WUF13 çərçivəsində şəhər iqlim fəaliyyəti və dayanıqlı urbanizasiya üzrə Bakı Varislik Koalisiyasının yüksək səviyyəli iclasında bildirib.

Onun sözlərinə görə, yaxın illərdə qəbul ediləcək və ya təxirə salınacaq qərarlar gələcək onilliklər üçün şəhər inkişafının trayektoriyasını müəyyən edəcək.

A.Quliyev qeyd edib ki, bütün dünyada şəhərlər eyni vaxtda iqlim dəyişikliyinin kəskinləşən nəticələri də daxil olmaqla, bir neçə istiqamətdə artan təzyiqlə üzləşir.

"Bu gün burada, WUF13-də toplaşmaq - artıq özlüyündə bir niyyət bəyanatıdır. İlk dəfədir ki, koalisiya üzvləri forum platformasında görüşürlər. Bu, mərasim xarakterli bir an deyil, birgə işin davam etdirilməsinə, ən yaxşı və uğurlu təcrübələrin mübadiləsinə yönəlmiş praktik addımdır. Bu, COP29-da başlanmış prosesin davam etdiyini və inkişaf etdiyini, gələcəyin institut və mexanizmlərində öz mövqeyini möhkəmləndirdiyini göstərir. Bununla da iqlim danışıqları çərçivəsində götürülmüş öhdəliklərin şəhər planlaşdırmasında, mənzil siyasətində və yerli büdcələrdə öz əksini tapdığı nümayiş etdirilir", - o vurğulayıb.

Oxşar xəbərlər

Heydər Əliyev Mərkəzində "ART Weekend" festivalının rəsmi açılışı olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər