AİB su təchizatı ilə bağlı Xəzəryanı ölkələrə 3.5 milyard dollar ayırıb
"Asiya İnkişaf Bankı (AİB) Azərbaycanla yeni layihələri müzakirə edir".
Far.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (AİB) Su və Şəhər İnkişafı sektorunun baş direktoru Norio Saito Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Xəzər regionunda iqlim dəyişikliyinə davamlı şəhərlər və icmalar Şəhər adaptasiyası üçün iqlim maliyyələşdirməsinin təmin edilməsi" adlı tədbirdə deyib.
O bildirib ki, təmsil etdiyi qurum Azərbaycanla layihələrə yeni investisiyalar yatıracaq:
"Asiya İnkişaf Bankı Bakının itkilərin minimuma endirilmiş şəkildə su sistemi ilə təchiz olunması layihəsi üzərində işləyir. Bununla yeni su mənbəsi yarada bilərik. Bu da kənd təsərrüfatı və s. sahələri üçün faydalı olar. Biz çirkli sularının təmizlənməsi üçün qurğularının sayının artırılmasına kömək edəcəyik".
N.Saito vurğulayıb ki, Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün 3.5 milyard dollar həcmində vəsait ayırıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













