Vens: ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var
Far.Az xəbər saytı

Vens: ABŞ və İran arasında münasibətləri yenidən başlatmaq imkanı var


ABŞ və İran saziş bağlamaq yolu ilə ikitərəfli münasibətləri yenidən başlada bilərlər.

"Report" xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Ağ Evdə brifinqdə deyib.

"Hesab edirəm ki, bizim İran və Birləşmiş Ştatlar arasında 47 il ərzində mövcud olan münasibətləri yenidən başlamaq imkanımız var. Prezident (ABŞ Prezidenti Donald Tramp – red.) bizdən məhz bunu xahiş edib və biz bunun üzərində işləməyə davam edəcəyik, lakin tanqo üçün iki nəfər lazımdır. İranlılara nüvə silahı əldə etməyə imkan verəcək bir saziş bağlamaq niyyətində deyilik", - o bildirib.

Vensin sözlərinə görə, ABŞ sazişin pozulacağı təqdirdə tam döyüş hazırlığı vəziyyətindədir və zərurət yaranarsa, İrana qarşı əməliyyatı bərpa edər.

Oxşar xəbərlər

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər