"Times": Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb
Far.Az xəbər saytı

"Times": Britaniyanın ABŞ-dəkı səfirinin müavini məxfi məlumatların sızmasına görə işdən çıxarılıb


Böyük Britaniyanın ABŞ-dəki səfirinin müavini Ceyms Rosko qəfil vəzifəsindən azad edilib.

"Far.Az" xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, Vaşinqtondakı ikinci ranqlı diplomatın işdən çıxarılması Böyük Britaniya Milli Təhlükəsizlik Şurasının iclasında müzakirə edilən məxfi məlumatların sızması ilə bağlı istintaqla əlaqəli ola bilər.

Qeyd olunur ki, Britaniya nazirlərinin İrana qarşı müharibə ilə bağlı açıqlamaları son həftələr mediada yer alıb.

"The Times" həmçinin istefa qərarının səfirlik işçiləri üçün gözlənilməz olduğunu bildirib. İşdən çıxarılma bildirişi qərarın səbəbləri göstərilmədən 19 mayda elektron poçt vasitəsilə göndərilib.

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Azərbaycanın tibb işçiləri NATO-nun təlimində iştirak edib
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər