Putin Çində Si Cinpinlə görüşüb
Far.Az xəbər saytı

Putin Çində Si Cinpinlə görüşüb


Rusiya Prezidenti Vladimir Putin Çin Sədri Si Cinpinlə danışıqlar aparacağı Pekindəki Xalq Yığıncaqları Zalına gəlib.

"Report"un TASS-a istinadən məlumatına görə, Rusiya liderinin iş proqramı Tyananmen Meydanında rəsmi qarşılanma mərasimi ilə başlayıb və orada Çin Sədri tərəfindən qarşılanıb. Bundan sonra tərəflər bir-birlərinə nümayəndə heyətlərini təqdim ediblər.

Rusiya nümayəndə heyətinə Baş nazirin beş müavini, səkkiz nazir, Prezident Administrasiyasının nümayəndələri, region rəhbərləri, dövlət korporasiyalarının və iri bankların rəhbərləri, biznesmenlər daxildir. Pekinə həmçinin Mərkəzi Bankın sədri Elvira Nabiullina, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev və universitetlərin və media təşkilatlarının nümayəndələri də gəlib.

Rəsmi qarşılanma mərasimindən sonra Vladimir Putin və Si Cinpin birgə şəkil çəkdirəcəklər və danışıqlar başlayacaq.

Liderlər əvvəlcə təkbətək görüş keçirəcəklər, ardınca nümayəndə heyətlərinin iştirakı ilə geniş danışıqlar aparacaqlar. Görüşdən sonra sənədlərin imzalanması və media üçün bəyanatlar gözlənilir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər