Sancivani Sinqh: ESCAP ölkələrində təxminən 700 milyon insan qeyri-rəsmi yaşayış məskənlərində yaşayır
Far.Az xəbər saytı

Sancivani Sinqh: ESCAP ölkələrində təxminən 700 milyon insan qeyri-rəsmi yaşayış məskənlərində yaşayır


ESCAP ölkələrində təxminən 700 milyon insan qeyri-rəsmi yaşayış məskənlərində yaşayır.

"Report"un məlumatına görə, bunu ESCAP-ın (BMT-nin Asiya və Sakit Okean üçün İqtisadi və Sosial Komissiyası) Ətraf Mühit və İnkişaf Şöbəsinin iqtisadi məsələlər üzrə əməkdaşı Sancivani D. Sinqh Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Şərqi Avropa və Mərkəzi Asiya Regional Qrupu" mövzusuna həsr olunmuş panel müzakirəsində çıxış edərkən bildirib.

"Regionumuzda təxminən 700 milyon insan qeyri-rəsmi yaşayış məntəqələrində yaşayır. Bu da dünyada oxşar şəraitdə yaşayan əhalinin demək olar ki, 60 %-ni təşkil edir", - o deyib.

S.Sinqhin sözlərinə görə, regionda təbii fəlakətlərdən yaranan iqtisadi itkilər və infrastruktura dəyən ziyan artmaqda davam edir: "Zəifliyin azaldılması iqlim təhdidlərinin sürətli artımına çata bilmir. Bu, siyasi öhdəliklər ilə yerlərdəki real davamlı nəticələr arasında ciddi uçurumun olduğuna işarə edir".

O, həmçinin vurğulayıb ki, ESCAP regionunun ölkələri DİM-11-in (BMT-nin davamlı, təhlükəsiz və inklüziv şəhərlərin və yaşayış məntəqələrinin yaradılmasına yönəlmiş Dayanıqlı İnkişaf Məqsədi) əldə edilməsindən geri qalır.

S.Sinqhin sözlərinə görə, iqlim dəyişiklikləri şəhərlərin, xüsusilə infrastruktur, mənzil təminatı və şəhər idarəetmə sistemləri sahələrində zəifliyini gücləndirməyə davam edir.

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər