AYNA: WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb
Far.Az xəbər saytı

AYNA: WUF13 çərçivəsində 70 minə yaxın sərnişin daşınıb


Azərbaycanın ev sahibliyi etdiyi 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qonaqların və tədbir iştirakçılarının "Neoplan" markalı və elektrikli avtobuslarla rahat, fasiləsiz və təhlükəsiz daşınması təmin edilir.

Bu barədə "Report"a AYNA-dan məlumat verilib.

Bildirilib ki, forumda iştirak üçün Azərbaycana gələn qonaqların daşınması Heydər Əliyev Beynəlxalq Aeroportundan həyata keçirilir. WUF13 çərçivəsində ümumilikdə 9 HUB, 2 son məntəqə və 67-dən çox aralıq dayanacaq fəaliyyət göstərir.

Forumun keçirildiyi 3 gün ərzində (17-19 may tarixinlərində) HUB-lar və tədbir məkanı arasında avtobuslarla 3 260 səfər yerinə yetirilib və 56 858 sərnişin daşınıb.

Ümumilikdə isə tədbirlə bağlı daşımalar başlayandan (12-19 may tarixlərində) hava limanı, HUB-lar və tədbir məkanı arasında avtobuslarla 5 555 səfər yerinə yetirilib və 68 263 sərnişin daşınıb. Daşımalara ümumilikdə 180 avtobus cəlb olunub.

Qeyd edək ki, sözügedən marşrutların idarə olunması və nəqliyyat əməliyyatlarının icrası AYNA-nın Monitorinq Mərkəzi tərəfindən 24/7 rejimində izlənilir. Nəqliyyat əməliyyatlarının həyata keçirilməsi üçün sürücü və idarə heyəti də daxil olmaqla 1500-ə yaxın əməkdaş prosesə cəlb olunub.

Oxşar xəbərlər

Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər