UN-Habitat: Qeyri-rəsmi məskunlaşma aradan qaldırılmalı, yeni evlər tikməlidilər
Ölkələr qeyri-rəsmi məskunlaşma sahələrini aradan qaldırmalı, yeni evlər tikməlidilər.
Far.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudiya Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, mənzil probleminin və mənzil böhranının necə həll olunacağı ilə bağlı cəmiyyətlə razılığa gəlmək lazımdır:
"Qeyri-rəsmi məskunlaşma sahələrini aradan qaldırmalıyıq, yeni evlər tikməliyik, bu yeni evləri necə, hansı tipdə tikəcəyimizi müəyyən etməliyik. Söhbət təcrid olunmuş şəhər genişlənməsindən gedir, yoxsa "Yeni Şəhərsalma Gündəliyi"nin prinsiplərinə uyğun olaraq balanslaşdırılmış sıxlaşma, daha kompakt şəhərlər və s. kimi məsələlərdən gedir? Çünki bütün bunların xərclərimizə təsiri olacaq. Torpaq və mənzil dəyər zəncirinin ən bahalı resursudur. Buna görə nə etdiyimiz çox vacibdir və bu mənada cəmiyyətin dəstəyini almaq kritik əhəmiyyət kəsb edir".
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
Eskobar: Kolumbiya WUF13 çərçivəsində təqdim olunan yeni imkanları yüksək qiymətləndirir
-
Yeni qlobal Bakı Şəhərsalma Mükafatı təsis edilib
-
İngiltərədə uşaq istismarı ilə bağlı qalmaqal: 20 nəfərə ümumilikdə 277 il həbs
-
Anar Quliyev: "Baku Urban Award" dünyanın müxtəlif regionlarında balanslı şəkildə formalaşdırılacaq
-
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də təmiz hava və dayanıqlı şəhərsalma məsələləri müzakirə olunub













