Füzulidə Şəhər Günü ilə bağlı geniş konsert proqramı təqdim olunub
Füzuli Şəhəri Günündə əslən Füzuli rayonundan olan müğənni və ifaçıların iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən bildirilib.
Əvvəlcə səhnəyə çıxan Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tədbir iştirakçılarını əlamətdar gün münasibətilə təbrik edib.
O, Füzuli Şəhəri Gününün tarixi haqqında məlumat verib. Deyib ki, azad Füzulidə artıq ikinci dəfədir "Şəhər günü" qeyd olunur: "Bu xoş günləri bizə canı-qanı bahasına yaşadan şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Düz dörd il bundan əvvəl Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuz böyük qəhrəmanlıq göstərərək Füzulini işğaldan azad etdi. Bir zaman abad, gözəl şəhər olan Füzulidən əsər-əlamət qalmamışdı".
Qeyd olunub ki, Prezident İlham Əliyev bilavasitə diqqəti ilə dövlət tərəfindən digər azad olunmuş yaşayış məntəqələri kimi, Füzuli şəhərində də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır.
E.Hüseynov çıxışının sonunda tədbirin yüksək səviyyədə təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bilidirib. Qeyd edib ki, nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə rəngarəng mədəni-kütləvi tədbirlər təşkil olunur.
Sonra söz musiqiçilərə verilib. Konsertdə müğənnilər - Zamiq Hüseynov, Eldəniz Məmmədov, Elnur Məmmədli, Könül Məmmədli, Zemfira İbrahimova, Orxan Hüseynli, instrumental ifaçılar - kamançaçı Pərviz Fərhadov, tarzən Ədalət Behbudov, gitaraçı Rəhman Məmmədli, pianoçu Tural Məmmədlinin ifasında xalq və bəstəkar mahnıları səsləndirilib.
Konsert proqramı alqışlarla qarşılanıb.
Mədəniyyət Nazirliyi və Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də keçirilən növbəti Füzuli Şəhəri Günü axşam saatlarında möhtəşəm atəşfəşanlıqla başa çatıb. Rəngarəng sərgilər, tamaşa və kompozisiyalar, konsertlər doğma yurda qayıdışın sevincini yaşayan Füzuli sakinlərinin yaddaşında silinməz izlər qoyub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsinin başlamasından 4 il ötür
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
PA-nın Vətəndaş Qəbulu Mərkəzində oktyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
WSJ: ABŞ Dövlət Departamenti xaricdəki səfirliklərə Hörmüzlə bağlı yeni koalisiyanı təşviq etməyi tapşırıb
-
"Dəfn pulu"nu almaq ASANLAŞDIRILIR
-
DİN qanunsuz silah saxlayanlara ÇAĞIRIŞ ETDİ
-
Azərbaycanda keçiriləcək Ümumdünya Ətraf Mühit Gününün tarixi məlum olub
-
Mərkəzi Nəbatat Bağı auditor seçir
-
SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb













