İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
İşğal azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər və yaşıl şəhər yanaşması kimi tendensiyalar hər bir şəhərə tətbiq olunur.
Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, insanların təhlükəsiz ərazilərə, rahat yaşayış məkanlarına qayıtmalarını təmin etmək çox vacibdir: "Bu səbəbdən, lazım olan bütün şəhərsalma standartlarını tətbiq edilir. Hazırda, demək olar ki, bütün şəhərlərdə ilk yaşayış məhəllələri, məktəblər və uşaq bağçaların inşası tamamlanıb və ya tikinti mərhələsindədir. Daha uzunmüddətli perspektivdə, şəhərin yeni hissələri tikildikcə, polimərkezli yanaşma, 15 dəqiqəlik yanaşma və mobillik strategiyaları kimi prinsiplərin tətbiqinin vacibliyini görəcəyik".
O bildirib ki, bütün bunlar şəhərlər üçün təkcə bu gün üçün deyil, həm də sabah üçün çox vacibdir: "Bütün baş planlar 20 illik perspektivlə hazırlanır. Bu nöqtədən biz 20 il irəliyə baxırıq. Əlbəttə, bu 20 il ərzində müdaxilələr və dəyişikliklər edə bilərik, çünki baş planlar canlı sənədlərdir. Baş planlar şəhərlərlə birlikdə inkişaf edən sənədlərdir. Bu inkişaf nümunəsi unikaldır; bu, hər yerdə, hər gün rastlaşdığımız bir ssenari deyil. Buna görə də, baş plana bu yanaşma həm də unikal diqqət tələb edir"
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













