Ucuz qiymətə qızıl almaq istəyənlərə SEVİNDİRİCİ XƏBƏR
Ötən aylarla müqayisədə qızılın qiymətində ucuzlaşma müşahidə olunur. Qızılın bir qramı təxminən 60 manat ucuzlaşıb.
BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, qızıl satışı ilə məşğul olanlar deyirlər ki, hazırda ən çox tələbat Türkiyə istehsalı olan məhsullaradır. Sözgedən qızılların bir qramı 175 manata satılır.
Qızılın alış qiymətində də ucuzlaşma müşahidə olunur. Bir müddət əvvəl qramı 170 manata alınan qızıl hazırda 130 manata təklif edilir. Gümüşün qiymətində də enmə var.
Mütəxəssislərin sözlərinə görə, son günlər qiymətli metalların qiymətində müşahidə olunan azalmanın bir neçə səbəbi var. Bunlardan əsasları enerji qiymətlərinin artması, neftin bahalaşması, bu fonda inflyasiyanın davam etməsi, eləcə də dollara marağın yüksəlməsidir.
Ekspert Rəşad Həsənovun fikrincə, növbəti dövrlər üçün qiymətli metallar bazarında sabit qiymət proqnozu vermək doğru deyil. Bu istiqamətdə dəqiq çərçivənin olmaması gözləntilərin müəyyənləşdirilməsi və idarə olunması baxımından çətinlik yaradır. Bu isə hələlik qiymətli metallar, o cümlədən qızıl və gümüş bazarında qiymət dinamikasının dəyişəcəyi ilə bağlı gözləntiləri artırır.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ucuz qiymətə bazarlıq etmək istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxuda nəfəs dayanması ölüm riskini artırır – Həkimlərdən xəbərdarlıq
-
WUF13-də "Urban Expo" sərgisinin rəsmi açılışı olub
-
Vilyam Hacıyevin ailəsinin sürdüyü maşınlar - "Su qiymətinə"
-
Konqoda Ebola yayılır: yüzlərlə şübhəli yoluxma qeydə alınıb
-
Rövşən Nəcəf Keniya prezidenti ilə görüşüb
-
İş stressindən qorunmağın ən effektiv yolu AÇIQLANDI













