Azərbaycan və BMT arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan BMT ilə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub.
"Far.Az" xəbər verir ki, müzakirələr Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin BMT-nin Baş katibinin müavini Amina Mohammed ilə keçirilən görüşdə baş tutub.
Görüş zamanı Azərbaycan ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Tərəflər ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi istiqamətində əldə etdiyi nailiyyətləri və bu sahədə həyata keçirilən islahatların əhəmiyyətini vurğulayıblar.
Müzakirələr çərçivəsində iqtisadi inkişaf, "yaşıl enerji", dayanıqlı şəhərsalma və regional əməkdaşlıq istiqamətində həyata keçirilən təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Azərbaycanın regional iqtisadi əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf gündəliyinə töhfə verən layihələri diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda keçirilən WUF13 dünya mediasının diqqət mərkəzindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Sabiq nazirə ağır itki üz verdi
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib













