Keniya rəsmisi: Bakıdakı COP konfransları ilə milli icra prosesləri arasında əlaqə yaradılmalıdır
Far.Az xəbər saytı

Keniya rəsmisi: Bakıdakı COP konfransları ilə milli icra prosesləri arasında əlaqə yaradılmalıdır


Bakıda keçirilən COP konfranslarından tutmuş Ümumdünya Şəhərsalma Forumlarına (WUF) qədər qlobal müstəvidə aparılan müzakirələri milli səviyyədəki icra prosesləri ilə əlaqələndirmək şərtdir.

"Far.Az" xəbər verir ki, bunu Keniyada Şəhər İdarəçiliyi, İdarəetmə və Dayanıqlılıq üzrə Baş Direktor müavini Robert Sarqoni Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Birləşmiş Millətlər Təşkilatının Afrika üzrə İqtisadi Komissiyasının "Dəyişiklik uğrunda birlik Afrikanın şəhər mövqeyini transformativ fəaliyyətlərə çevirir" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, inşaat və şəhərsalma sahəsinin mütəxəssisləri, planlaşdırma ekspertlərindən tutmuş memar və mühəndislərə qədər bu prosesə mühüm töhfə verirlər:

"Biz idarəetmə və infrastruktur məsələləri ilə yanaşı, bütün bu mövzuları birləşdirən şəhərsalma planlamasına da diqqət yetiririk. Əsas məqsəd bütün bu sahələri necə inteqrasiya etmək və lazımi addımları atmaq üçün eyni hədəf ətrafında necə toplamaqdır. Dayanıqlılıq dedikdə təkcə infrastruktur deyil, həm də yerli idarəetmə nəzərdə tutulur. Bu çərçivədə dayanıqlı şəhər məkanlarının prosesə necə inteqrasiya olunacağını və texniki tərəflərini dərindən təhlil etməliyik".

O vurğulayıb ki ki, Keniya hökumətinin prioritetlərinə gəldikdə isə mənzil təminatı ən strateji məsələ kimi müəyyən edilib:

"Bakıda keçirilən COP konfranslarından tutmuş Ümumdünya Şəhərsalma Forumlarına (WUF) qədər qlobal müstəvidə aparılan müzakirələri milli səviyyədəki icra prosesləri ilə əlaqələndirmək şərtdir. Məhz buna görə Keniya Prezidentinin rəhbərliyi ilə həyata keçirilən "Əlçatan Mənzil Proqramı" kimi konkret layihələr üzərində dayanmaq olduqca vacibdir. ​Düzgün idarəetmə mexanizminin qurulması bu dəyişikliyin Afrikaya uğur gətirməsi üçün ən yüksək zirvəni, yəni əsas rəhbər xətti təşkil edir. Bu prosesi irəliyə aparmaq üçün sahənin bütün iştirakçıları arasında sinerji yaradılmalı və müzakirələr doğru kontekstdə davam etdirilməlidir".

Oxşar xəbərlər

Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər