ABŞ–İran münaqişəsində 42 hərbi hava vasitəsinin itirildiyi iddia edilir
Far.Az xəbər saytı

ABŞ–İran münaqişəsində 42 hərbi hava vasitəsinin itirildiyi iddia edilir


ABŞ Konqresinin yaydığı hesabatda İranla davam edən hərbi gərginlik zamanı ABŞ ordusunun ciddi hava itkiləri verdiyi bildirilir. İtkilərin ümumi sayının 40-dan çox olduğu və milyardlarla dollar zərər yarandığı qeyd olunur.

BAKU.WS xəbər verir ki, ABŞ Konqresi tərəfindən hazırlanan yeni hesabatda "Operation Epic Fury" adlı əməliyyatın başlanmasından bu yana 42 hərbi hava vasitəsinin ya məhv edildiyi, ya vurulduğu, ya da ciddi zədələndiyi iddia edilir.

Hesabata əsasən, itkilər arasında F-15 və F-35 qırıcıları, A-10 hücum təyyarəsi, KC-135 yanacaq doldurma təyyarələri, E-3 Sentry erkən xəbərdarlıq təyyarəsi, MC-130J nəqliyyat təyyarələri, HH-60W helikopteri və çoxsaylı pilotsuz uçuş aparatları yer alır.

Məlumata görə, ümumilikdə 24 ədəd MQ-9 Reaper İHA itkisi qeydə alınıb. Bundan əlavə, MQ-4C Triton kəşfiyyat İHA-sının da itirildiyi bildirilir.

Hesabatda bir ədəd F-35A təyyarəsinin dəyərinin təxminən 110 milyon dollar olduğu qeyd edilir. Ümumi zərərin isə 25–29 milyard dollar aralığında olduğu bildirilir.

KC-135 yanacaq doldurma təyyarələrindən 7 ədədinin itkisi xüsusilə böyük maliyyə yükü kimi qiymətləndirilir.

Məlumata əsasən, bəzi itkilərin "dost atəşi" nəticəsində baş verdiyi iddia olunur. Bildirilir ki, 3 ədəd F-15E təyyarəsi 2 martda Küveyt səmasında baş verən insident zamanı vurulub, bir digər F-15E isə 5 apreldə İran ərazisində keçirilən əməliyyat zamanı zədələnib.

Eyni zamanda İraqda qəzaya uğrayan KC-135 təyyarəsinin içində olan 6 hərbçinin həlak olduğu qeyd edilir.

İran xarici işlər naziri Abbas Araqçi Konqres hesabatına münasibət bildirərək ABŞ-nin ciddi hərbi itkiləri etiraf etdiyini iddia edib.

ABŞ Prezidenti Donald Tramp administrasiyası əməliyyatları uğurlu hesab etsə də, sahədən gələn məlumatların fərqli mənzərə yaratdığı bildirilir.

İranın ali dini lideri Əli Xamenei ətrafında bölgədə artan gərginlik fonunda tərəflər arasında ritorikanın sərtləşdiyi qeyd olunur.

ABŞ və İran arasında davam edən hərbi gərginlik fonunda tərəflərin itkilərlə bağlı fərqli açıqlamalar verdiyi, münaqişənin həm hərbi, həm də siyasi müstəvidə dərinləşdiyi bildirilir.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər