Türkiyə dünya ictimaiyyətini iqlim siyasətində bəyannamələrdən real addımlara keçməyə çağırır
Türkiyə bəyannamələrdən iqlim öhdəliklərinin praktiki icrasına keçidin zəruriliyində israr edir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Dövlət İnkişaf və İnvestisiya Bankının (ILBANK) direktoru Şevket Altuğ Taşdemir Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Qlobal Mənzil Maliyyələşdirməsindən Yerli Əlverişli Mənzil Fəaliyyətinə: Qlobal İnkişafdan və Submilli Maliyyədən İstifadə" mövzusunda panel müzakirəsində bildirib.
"Beynəlxalq ictimaiyyətin bəyanatlarla kifayətlənməyi dayandıraraq şəhərlərin iqlim dayanıqlılığı sahəsində praktiki addımlara keçməsinin vaxtı çatıb. Əlçatan və dayanıqlı mənzillərin tikintisi keyfiyyətli şəhər infrastrukturu - su təchizatı, tullantıların utilizasiyası və yağış sularının axıdılması sistemləri olmadan mümkün deyil", - Ş. Taşdəmir qeyd edib.
O hesab edir ki, 2023-cü ilin dağıdıcı zəlzələsindən sonra Türkiyənin bərpa təcrübəsi beynəlxalq tərəfdaşlığın inkişafı üçün təməl rolunu oynayacaq.
"Türkiyə 11 şəhərə ziyan vuran 2023-cü ilin fəlakətli zəlzələsindən sonra yaşayış fondunun bərpasına 50 milyard ABŞ dollarından çox vəsait yönəldib. Dövlət qurumları artıq 500 000-ə yaxın yaşayış evi inşa edib, bu zaman işlər "əvvəlkindən daha yaxşı bərpa etmək" prinsipi əsasında qurulur", - bankın direktoru bildirib.
Ş. Taşdəmir diqqətə çatdırıb ki, çıxarılan əsas dərs maliyyə resurslarının çatışmazlığı deyil, layihələrin hazırlanması və həyata keçirilməsi sahəsindəki məhdud potensial olub.
"ILBANK bu təcrübədən iqlimə davamlı şəhər inkişafı sahəsində praktiki beynəlxalq əməkdaşlığın formalaşdırılması üçün istifadə etməyi planlaşdırır", - o əlavə edib.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Axios": Tramp komandası ilə İrana qarşı hərbi əməliyyat variantlarını müzakirə edib
-
Tramp: İranla münaqişə "çox tez" bitə bilər
-
Azərbaycanla Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq müzakirə olunub - YENİLƏNİB-2
-
Qurban Qurbanov: "Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli komanda biz olacağıq"
-
Yeddi körpənin öldüyü cinayət işi ilə bağlı məhkəmə: Vəkillər bəraət istədilər
-
WUF13 dünya mediasının diqqət mərkəzində qalmaqdadır













