Ceyhun Bayramov və Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Ceyhun Bayramov və Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İstanbula səfəri çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

Bu barədə "Far.Az"a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüşdə, Azərbaycan-Türkiyə müttəfiqliyindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə qlobal təhlükəsizlik problemləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Türkiyə Respublikasına 3+3 formatının növbəti görüşünə ev sahibliyinə, görüşün təşkilatçılığı və səmimi qonaqpərvərliyə görə təşəkkür edib. Bölgədə və dünyada sürətlə dəyişən təhlükəsizlik vəziyyətinin fonunda bu kimi məşvərət mexanizmlərinin əhəmiyyətinin daha da artdığı, bölgəmiz üçün ortaq təhdidlərlə mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub. Bu istiqamətdə, Azərbaycan-Türkiyə müttəfiqliyinin, regional və beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin əhəmiyyəti diqqətə çatdırılıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, sülh prosesinin qarşısında duran çağırışların hələ də qalmaqda olduğunu bildirib. Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının davam etdirilməsinin, habelə Ermənistan tərəfindən bu istiqamətdə sistematik işlərin görülməsi yerinə, problemin gözardı edilməsinin narahatlıq mənbəyi olaraq qaldığı diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrlik görülən hazırlıq işləri barədə məlumatlandırıb.

Türkiyənin qardaş Azərbaycanın bölgədəki sülh və quruculuq səylərini hər zaman dəstəklədiyi, habelə prosesin tezliklə yekunlaşmasına dair ümidvarlıq ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

"Ceyhun Bayramov İstanbulda “3+3” regional platformasının nazirlər toplantısında iştirak edir", - deyə qeyd edilib.

Tərəflər görüş zamanı regional və beynəlxalq əməkdaşlıq perspektivlərini, münaqişədən sonrakı regional vəziyyət və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Azərbaycan və Serbiya XİN rəhbərlərinin müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB
İqtisadi inkişafda davamlı artan rəqabətli iqtisadiyyatın rolu - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər