İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur
Far.Az xəbər saytı

İranda 87 gündən sonra internet məhdudiyyətləri ləğv olunur


İranda fevralın 28-dən etibarən tətbiq edilən genişmiqyaslı internet məhdudiyyətləri aradan qaldırılır.

Far.Az "Mehr"ə istinadən xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian ölkə üzrə internetə çıxışın yenidən bərpa olunması ilə bağlı göstəriş verib.

Qərar Rabitə Nazirliyinin nümayəndələrinə istinadən açıqlanıb. Bildirilib ki, ölkədə həftələrdir davam edən internet məhdudiyyətlərinin mərhələli şəkildə ləğvinə başlanılacaq.

Qeyd edək ki, internetə tətbiq edilən məhdudiyyətlər ABŞ və İsrailin fevralın 28-də başladığı hücumlardan sonra təhlükəsizlik səbəbilə qüvvəyə minmişdi. Təxminən 87 gün davam edən məhdudiyyətlər dövründə İranın qlobal şəbəkəyə çıxışı ciddi şəkildə nəzarətdə saxlanılıb.

Məlumata görə, internet xidmətlərinin bərpası ölkədə normal həyata dönüş istiqamətində atılan əsas addımlardan biri hesab olunur.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
8 noyabr prospektində yağışın yaratdığı fəsadlar aradan qaldırılır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Güclü yağışların fəsadları aradan qaldırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər