"Bank of Baku"dan şəhid və qazi övladları üçün "RoboKəşf" təşəbbüsü – təlim və ekskursiya
"Bank of Baku" texnologiya və innovasiyaya əsaslanan inkişaf yanaşmasını korporativ sosial məsuliyyət layihələrində də əks etdirir.
Bu istiqamətdə "Bank of Baku" tərəfindən 25 may tarixində şəhid və qazi övladları üçün "RoboKəşf" adlı interaktiv təlim və ekskursiya təşkil edilib.
Sosial Xidmətlər Agentliyi və "RoboSpace" təlim mərkəzinin dəstəyi ilə STEAM İnnovasiyalar Mərkəzində baş tutan tədbirdə 9-14 yaş arası 20-dən çox uşaq iştirak edib.
Layihənin əsas məqsədi uşaqların intellektual inkişafına dəstək olmaq, onlarda müasir texnologiyalara, robototexnikaya və proqramlaşdırmaya maraq oyatmaq, həmçinin asudə vaxtlarını səmərəli və əyləncəli keçirmələrini təmin etmək olub.
Tədbirdə ilk olaraq uşaqlara müasir texnologiyalar, robototexnika barədə ilkin məlumatlar verilib. Daha sonra iştirakçılar komandalar şəklində sadə robot modellərinin hazırlanması üzərində çalışaraq öz robotlarını qurublar və təqdimatlar hazırlayıblar.
Təlimdən sonra iştirakçıların STEAM İnnovasiyalar Mərkəzinə ekskursiyası təşkil edilib. Uşaqlar mərkəzdə müxtəlif innovativ və texnoloji eksponatların olduğu otaqları gəzərək burada elm, texnologiya və mühəndislik sahələrinə dair maraqlı məlumatlar əldə ediblər, eləcə də bir çox eksponatı əyani şəkildə sınaqdan keçiriblər.
Tədbirin sonunda "RoboKəşf" tədbirinin bütün iştirakçılarına Bank of Baku tərəfindən sertifikatlar təqdim olunub.
Qeyd edək ki, bank bu cür təşəbbüslərlə texnologiya sahəsində gələcəyin mütəxəssislərinin yetişməsinə öz dəstəyini ifadə edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistanda bir partiya seçkidə iştirakdan geri çəkildi
-
"Euronews": Dohada Hörmüz boğazı və uranla bağlı məsələlərə diqqət yetirilib - YENİLƏNİB
-
Məcnun Məmmədov: "Son 5 il ərzində heyvanların sayında azalma müşahidə olunur"
-
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
-
Si Cinpin Vuçiçlə ölkələr arasında tərəfdaşlığın gücləndirilməsini müzakirə ediblər
-
"City Finance" BOKT maliyyə vəziyyətini açıqlayıb













