Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları Azərbaycan Niderlanddakı səfirliyinin 28 may Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda təqdim olunub.
"Report" səfirliyə istinadən xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin və parlamentinin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun, iş və elmi dairələrin, medianın, dini icmaların, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Diplomatik nümayəndəliyin rəhbəri Məmməd Əhmədzadə çıxışında Azərbaycanın regional lider mövqeyini möhkəmləndirdiyini və beynəlxalq arenada artan nüfuza malik orta dövlət kimi yer tutduğunu bəyan edib. O, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını qeyd edib.
Bundan əlavə, səfir Azərbaycan və Niderland arasında siyasi dialoqların inkişafına, görüşlərin və qarşılıqlı səfərlərin sayının artmasına, ticarət-iqtisadi əlaqələrin və humanitar mübadilələrin genişlənməsinə diqqət çəkib.
Əhmədzadə, həmçinin WUF13-ün Bakıda uğurla keçirildiyini vurğulayıb və bu forumda Niderland nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.
Səfir, eyni zamanda, Niderlandda keçirilən tədbirlərdə Azərbaycan bayrağının nümayiş etdirilməsini dostluq münasibətlərinin təzahürü adlandırıb.
Niderland XİN-in Avropa üzrə direktoru Erik Veststrate çıxışında Azərbaycanı Niderlandın mühüm tərəfdaşı adlandırıb.
O, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən köməyə görə Niderland xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.
Daha sonra WUF13-ə həsr olunmuş videoprezentasiya təqdim olunub.
Oxşar xəbərlər
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilir Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib - YENİLƏNİB-4
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mirzoyan: TRIPP üzrə yekun saziş yaxın həftələrdə imzalanacaq
-
Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində ustad dərsi
-
Alyona Əliyeva: "Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram"
-
Buraxılış imtahanında maksimum nəticə: 300 bal toplayan şagirdlər açıqlandı
-
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
-
Qurban kəsilən heyvanın əti necə paylanmalıdır? - İlhaiyyatçı cavab verdi












