İrakli Kobaxidze Gürcüstanın müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.
"Report"un yerli bürosunun xəbərinə görə, Baş nazirin yaydığı təbrik mesajında qeyd olunub ki, Gürcüstanda müsəlman icması ilə əsrlər boyu davam edən birgəyaşayış, qarşılıqlı hörmət və mədəni dəyərlərə ehtiram ölkənin güclü gələcəyinin əsasını təşkil edir.
"Bizim müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı yardım və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm", - İrakli Kobaxidze bildirib.
Baş nazir vurğulayıb ki, Gürcüstanda müxtəlif dini icmalar arasında sülh və harmoniyanın qorunması mühüm əhəmiyyət daşıyır və bu ənənə ölkənin ən böyük dəyərlərindən biridir: "Bu gün ailələrinizdə hökm sürən bayram əhval-ruhiyyəsinə qoşuluram və hər birinizə sülh, firavanlıq və xoşbəxtlik arzulayıram".
Oxşar xəbərlər
Qardabanidə rəqs dili ilə dostluq, hörmət və birgəyaşayış mədəniyyəti sərgilənir - REPORTAJ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Azərbaycan Prezidenti və Gürcüstanın Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib
-
Azərbaycan Prezidenti: Gələcəkdə alternativ enerjinin rolu daha da artacaq
-
Bakı Media Mərkəzinin "Sükut içində addımlar" filminin təqdimatı olub
-
Tovuzda hamilə qadın bıçaqlanıb
-
Zelenski: Müharibənin əvvəlindən bəri ən böyük əsir mübadiləsi hazırlanır
-
Azərbaycan Avropaya qaz ixracını artıracaq













