Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək
Far.Az xəbər saytı

Bakı metrosunun genişləndirilməsinə 180 milyon dollar ayrılıb - 10 yeni stansiya tikiləcək


"Bakı Metropoliteni" QSC-də investisiya mühitinin cəlbediciliyini artırmaq məqsədilə beynəlxalq məsləhətçi şirkət cəlb olunub və 10 prioritet istiqamət üzrə xüsusi proqram hazırlanıb".

Far.Az xəbər verir ki, bu barədə "Report"a müsahibəsində "AZCON Holdinq"in icraçı direktoru Şahin Babayev bildirib.

Onun sözlərinə görə, miqyaslı layihələrin reallaşdırılması üçün beynəlxalq maliyyə qurumları, strateji tərəfdaşlar və xarici investorlarla birgə fəaliyyət zəruridir:

"Bu məqsədlə "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində inşa ediləcək 10 metro stansiyası, eləcə də Azərbaycan Dəmir Yollarının infrastruktur potensialının artırılması istiqamətində Asiya İnkişaf Bankı (ADB), Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) və Dünya Bankı ilə sıx əməkdaşlıq prosesi artıq start götürüb. AİİB ilə "Bakı metrosunun genişləndirilməsi layihəsi - I mərhələ" çərçivəsində 180 milyon ABŞ dolları məbləğində maliyyələşmə müqaviləsi imzalanıb".

Ş.Babayev əlavə edib ki, əsas hədəf investisiya layihələrinə investorların cəlb edilməsidir:

"Bilik paylaşımı, kadr resurslarının tənzimlənməsi, mütəxəssislərlə qarşılıqlı təlimlərin həyata keçirilməsi istiqamətində də ardıcıl görüşlər davam etdirilir. Bu proses artıq təkcə görüşlər formatında deyil, həm holdinqlərlə qarşılıqlı əməkdaşlıq mexanizmi şəklində icra olunur".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Milli Qəhrəman Şahin Tağıyev dəfn edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər