Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti: "Azərbaycanda keçirilən tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu"
Far.Az xəbər saytı

Beynəlxalq Xizək Alpinizmi Federasiyasının prezidenti: "Azərbaycanda keçirilən tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu"


Azərbaycanda keçirilən bu tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu.

"Far.Az"un məlumatına görə, bu sözləri Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) prezidenti Requla Meyer qurumun Azərbaycanda keçirilən ilk Plenar Assambleyası barədə danışarkən deyib.

"Azərbaycanda keçirilən bu tədbirdə iştirak etmək bizim üçün böyük şərəf oldu. Gəlişimizdən etibarən qonaqpərvərlik və mehribanlıqla qarşılandıq. Azərbaycanın mədəniyyəti zəngin, mətbəxi isə heyrətamizdir – hər yemək unudulmaz bir təcrübə idi. Tədbirin uğurla keçməsi və Azərbaycan tərəfdaşlarımızın peşəkarlığı bizi çox sevindirdi. Gələcəkdə birgə layihələri davam etdirmək imkanlarını səbirsizliklə gözləyirik. ISMF adından bu unudulmaz təcrübəyə görə təşəkkür edir və gələcək əməkdaşlıqları dörd gözlə gözləyirik".

Qeyd edək ki, gələn ilin yanvar ayında Azərbaycanda xizək alpinizmi üzrə dünya kuboku keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanda Beynəlxalq Xizək Alpinizmi Federasiyasının Plenar Assambleyası keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
BMT Baş Assambleyası çərcivəsində NGBM-in ali səviyyəli toplantısı keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər