Monteneqroya getmək istəyənlərin NƏZƏRİNƏ - Vizada YENİLİK
Monteneqro hökuməti Azərbaycan vətəndaşlarının bu Balkan ölkəsinə giriş vizası alması üçün zəruri qaydalar barədə məlumat yayıb.
Far.Az xəbər verir ki, Bu barədə "Report"a Monteneqronun Azərbaycandakı diplomatik ofisinin rəhbəri Militsa Buriç bildirib.
Onun sözlərinə görə, həm turist, həm də iş vizaları üçün sənədlərin təqdim edilməsi məqsədilə Azərbaycan vətəndaşları VFS Global viza mərkəzinə müraciət etməli olacaqlar.
"Monteneqro hökuməti ölkəyə səfər etmək və burada işləmək istəyən bütün şəxslərin Azərbaycandakı VFS Global platforması vasitəsilə asanlıqla müraciət edə bilməsi üçün addımlar atıb. Tələb olunan sənədlər və müraciət qaydası haqqında məlumatı VFS Global Azerbaijan saytından əldə etmək olar", - Buriç vurğulayıb.
Qeyd edək ki, Monteneqro 2026-cı ilin yanvarından Azərbaycanla viza rejimi tətbiq etməyə başlayıb.
Oxşar xəbərlər
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 1250 AZN-dək
Mehriban Əliyeva Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisinin açılışında iştirak edib
Cəbrayılda işləmək istəyənlərin NƏZƏRİNƏ! 100-ə yaxın VAKANSİYA
Monteneqro hökuməti Azərbaycan vətəndaşları üçün yeni viza prosedurlarını açıqlayıb
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Maaş 3000 AZN-dək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
"Politico": ABŞ miqrasiya siyasətini sərtləşdirmək üçün reklam məlumatlarından istifadə edə bilər
-
"Zirə" 5 futbolçu ilə yollarını ayırıb
-
Aİ Yaxın Şərqdəki eskalasiya səbəbindən Rusiya neftinə qoyulan qiymət tavanını dondura bilər
-
Leyla Əliyevadan fermer qadına incə davranış
-
Bakı Bulvarında yeni festival başlayır













