"Baker Hughes": "Əməkdaşlığın əsas məqsədi əlavə dəyər yaratmaqdır"
Neft-qaz sənayesində şirkətlərlə texnologiya tərəfdaşları arasında əməkdaşlığın əsas məqsədi artıq yalnız tənzimləyici tələblərə əməl etmək deyil, əlavə dəyər yaratmaqdır.
"Far.Az" xəbər verir ki, bunu "Baker Hughes" şirkətinin emissiyaların azaldılması üzrə strateji təşəbbüslər rəhbəri Sumaya Tebbi Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində təşkil olunan panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, enerji şirkətləri ilə texnologiya təchizatçıları arasında əməkdaşlıq layihələrin uğurla həyata keçirilməsində mühüm rol oynayır.
"Əgər beş il əvvəl bu mövzunu müzakirə etsəydik, əsas diqqət tələblərə uyğunluğa və ölçmələrin aparılmasına yönəlmiş olardı. Bu gün isə əsas məqsəd dəyər yaratmaqdır. Şirkətlər strateji tərəfdaşlardan yalnız xidmət göstərilməsini deyil, həm də biznesə əlavə fayda gətirən həllər gözləyirlər. Texnologiya tərəfdaşı ilə əməkdaşlıq sadəcə xidmətin təqdim edilməsindən ibarət deyil. Burada əsas məsələ əlavə dəyərin yaradılmasıdır", – deyə o vurğulayıb.
Qonağın sözlərinə görə, uğurlu əməkdaşlığın əsas komponentlərindən biri də texnologiya ilə yanaşı, ekspert biliklərinin və praktiki təcrübənin paylaşılmasıdır: "Şirkətlərə təkcə texnologiya deyil, həm də onun tətbiqi ilə bağlı ekspertiza lazımdır. Məhz bu yanaşma uzunmüddətli və səmərəli tərəfdaşlığın formalaşmasına imkan yaradır".
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
"Airspace World 2026": AZANS bir sıra beynəlxalq şirkətlərlə yeni təşəbbüslər elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: İranın iqtisadi problemlərinin bir hissəsi xarici məhdudiyyətlərdən qaynaqlanır
-
Bakı Bulvarında yeni festival başlayır
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb













