Bu hallarda sürücülük hüququndan məhrum edilə bilərsiniz - XƏBƏRDARLIQ
Sükan arxasına keçmək təkcə avtomobili idarə etmək deyil, həm də ciddi məsuliyyət daşımaq deməkdir. Yol hərəkəti qaydalarının pozulması bəzi hallarda sürücülərin sürücülük vəsiqəsindən müvəqqəti və ya uzun müddətə məhrum edilməsinə səbəb ola bilər.
Bəs hansı hallarda sürücülər bu hüquqlarını itirə bilərlər?
Far.Az-in məlumatına görə, sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas hallardan biri nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsidir. Belə vəziyyət aşkar olunduqda sürücü barəsində inzibati protokol tərtib edilir və işə məhkəmədə baxılır.
Məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq sürücünün cərimələnməsi və ya müəyyən müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.
Bundan başqa, avtoxuliqanlıq hərəkətlərinə yol verən, küçə yarışları təşkil edən, təhlükəli manevrlərlə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını riskə atan sürücülər də ciddi məsuliyyətlə üzləşirlər. Bu cür pozuntular sürücülük hüququnun məhdudlaşdırılması ilə nəticələnə bilər.
Qanunvericilikdə həmçinin yol hərəkəti qaydalarının kobud və ya təkrar pozulmasına görə sürücülərə qarşı müxtəlif inzibati tədbirlərin tətbiqi nəzərdə tutulub. Məqsəd yollarda təhlükəsizliyi təmin etmək, sürücülərin məsuliyyət hissini artırmaq və ağır nəticələrə səbəb ola biləcək hadisələrin qarşısını almaqdır.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyev Far.Az-ə bildirib ki, sürücü bir il ərzində 20 və daha çox cərimə balı topladıqda, sərxoş vəziyyətdə avtomobil idarə etdikdə və ya bu əməli təkrar törətdikdə, yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin sağlamlığına yüngül xəsarət yetirdikdə, maddi zərər vurduqda, həmçinin sərxoşluğun müəyyən edilməsi üçün tibbi müayinədən keçməkdən imtina etdikdə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirləri tətbiq oluna bilər:
"Eyni zamanda avtoxuliqanlıq hərəkətlərinə yol verən şəxslər də sürücülük hüququnun məhdudlaşdırılması ilə üzləşə bilərlər".
Orxan Hüseyn
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bulvarda uşaqlar üçün PULSUZ əyləncə zonaları təşkil edilib
-
Rumıniya Prezidenti Qalatsda binaya düşən dronun qalıqlarını nümayiş etdirib
-
"JPost": İsrail ABŞ-dən Beyruta hücumları genişləndirmək üçün icazə istəyib
-
NYT: ABŞ 70-ə yaxın gəminin Hörmüz boğazından keçidini təmin edib
-
Bessent İranın ABŞ ilə müharibədə etdiyi "böyük səhvi" açıqlayıb
-
İsrailin Livana hücumlarında ölənlərin sayı 3400-ü keçib













