Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji əməkdaşlığını müzakirə edib
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji əməkdaşlığının mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
"Report" "AzərEnerji" ASC-yə istinadən xəbər verir ki, bu barədə müzakirələr səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baba Rzayev, "Qazaxıstan Elektrik Şəbəkəsini İdarəetmə Şirkəti" SC-nin İdarə Heyətinin sədri Nəbi Aytjanov və Özbəkistan Milli Enerji Şəbəkəsinin İdarə Heyəti sədrinin müavini Feruz Kurbanovun rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.
Görüşdə eyni zamanda yeni texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrinin enerjisistemə inteqrasiyası ətrafında müzakirələr aparılıb. Azərbaycanda yeni işə salınan 250 gücündə/500 MVt saat tutumu olan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edilib.
Görüşdə əməkdaşlığın gələcək inkişafının intensivləşdirilməsi və qarşılıqlı səfərlərin vacibliyi vurğulanıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev "Abşeron" Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
Ötən ilin "yaşıl enerji" gündəminə baxış - TƏHLİL
Azərbaycanda regionun ən iri Batareya Saxlanc Sistemlərinin qurulmasına başlanılıb
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Tramp Rubionun ABŞ dövlət katibi vəzifəsində qalacağını bildirib
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













