Azərbaycan qaz ixracını yeni layihələr hesabına artırmağı planlaşdırır
Far.Az xəbər saytı

Azərbaycan qaz ixracını yeni layihələr hesabına artırmağı planlaşdırır


Azərbaycan Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi məqsədilə qaz ixracını artırmağı və yeni layihələr vasitəsilə istehsal potensialını genişləndirməyi planlaşdırır.

"Report" xəbər verir ki, bunu Azərbaycan energetika nazirinin müavini Kamal Abbasov Bakı Enerji Həftəsinin ikinci günündə təşkil olunmuş panel müzakirələrində bildirib.

Onun sözlərinə görə, Azərbaycan Avropaya qaz tədarükünü həm uzunmüddətli müqavilələr, həm də spot satışlar vasitəsilə həyata keçirir: "Uzunmüddətli müqavilələr tərəfdaşlarımıza sabitlik, spot satışlar isə çeviklik təmin edir. Bu yanaşma Avropanın dəyişən enerji tələbatını qarşılamağa və enerji təhlükəsizliyini gücləndirməyə kömək edir".

Nazir müavini bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığı və imzalanmış Anlaşma Memorandumu əməkdaşlığın daha da dərinləşdirilməsinə imkan yaradır: "Azərbaycanın təsdiqlənmiş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Ötən il ölkədə qaz hasilatı təxminən 52 milyard kubmetr olub".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər