Finlandiyada turistlər üçün qızıl külçə gizlədildi
Far.Az xəbər saytı

Finlandiyada turistlər üçün qızıl külçə gizlədildi


Finlandiyanın Laplandiya bölgəsində turistlər üçün maraqlı kampaniyaya start verilib. Təşkilatçılar təxminən 23 min dollar dəyərində qızıl külçəni gizlədərək ziyarətçiləri onu tapmağa dəvət ediblər.

Far.Az xəbər verir ki, "Gecəyarısı Günəşi Ovu" adlanan tədbir iyunun 18-də Levi Turizm Mərkəzində başlayacaq. İştirakçılar ilk ipucunu burada əldə etdikdən sonra bölgənin müxtəlif turistik məkanları və yürüş marşrutları boyunca yeni ipuclarını izləyərək qızılın yerini müəyyən etməyə çalışacaqlar.

Təşkilatçılar bildiriblər ki, qızıl külçə istənilən mərhələdə tapıla bilər. Yay boyunca əlavə ipucları paylaşılacaq və son ipucunun avqustun 22-də açıqlanması nəzərdə tutulur.

Şimal qütb dairəsinin yaxınlığında yerləşən Levi qış turizmi ilə məşhur olsa da, yay aylarında burada gecəyarısı günəşi müşahidə olunur və bəzi günlərdə günəş 24 saat ərzində batmır.

Layihənin təşkilatçıları iştirakçılara təbiətə zərər verməmək, müəyyən olunmuş ərazilərdən kənara çıxmamaq və heç bir qazıntı işi aparmamaq barədə xəbərdarlıq ediblər.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər