Azərbaycan 3 ölkə ilə "e-Permit" mübadiləsinə başlayıb
Far.Az xəbər saytı

Azərbaycan 3 ölkə ilə "e-Permit" mübadiləsinə başlayıb


Azərbaycan Türkiyə, Qırğızıstan və Özbəkistanla "e-Permit" mübadiləsinə başlayıb.

"Far.Az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin Beynəlxalq nəqliyyat əməliyyatları sektorunun müdiri Aytən Turabova Bakıda keçirilən II Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda bildirib.

Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatlar çərçivəsində də nəqliyyat sektorunun rəqəmsallaşdırılması istiqamətində ardıcıl işlər aparılır: "BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində elektron əmtəə-nəqliyyat qaiməsi (e-CMR) sisteminin tətbiqi həyata keçirilir. Layihə Türkiyə və Rusiya ilə əməkdaşlıq əsasında davam etdirilir".

A.Turabova qeyd edib ki, bununla yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində elektron icazə blankı (e-Permit) sisteminin tətbiqi üzrə işlər görülür: "Azərbaycan artıq Türkiyə, Qırğızıstan və Özbəkistanla elektron icazələrin mübadiləsinə başlayıb. Hazırda Qazaxıstanla da e-Permit sisteminin tətbiqi istiqamətində danışıqlar aparılır".

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Şəhərlər üçün texnologiyalar: "Yango Group" Bakıda keçirilən WUF13 forumunda şəhər mühitinin inkişafına yönəlmiş həllər təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər