Azərbaycan və Almaniya enerji əməkdaşlığının perspektivlərini müzakirə edib
Azərbaycan və Almaniya arasında enerji əməkdaşlığının perspektivləri müzakirə edilib.
"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "Bakı Enerji Həftəsi" çərçivəsində nazir Pərviz Şahbazovun Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms və Almaniyanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüşündə aparılıb.
Görüşdə Azərbaycanla Almaniya arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Təbii qaz, bərpa olunan enerji, enerji səmərəliliyi, hidrogen, istilik nasosları, enerji saxlama sistemləri və elektrik enerjisi infrastrukturu sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Azərbaycanın Almaniyaya qaz tədarükünə başlaması, Avropanın enerji təhlükəsizliyində artan rolu, eləcə də enerji keçidi kursu yüksək qiymətləndirilib. Azərbaycanda həyata keçirilən bərpa olunan enerji layihələri, elektrik enerjisi interkonnektorları, yaşıl enerji dəhlizləri və Avropaya elektrik enerjisi ixracı imkanları barədə məlumat verilib.
Regional bağlantılar və hidrogenlə bağlı planlar fonunda Alman şirkətləri ilə müxtəlif istiqamətli əməkdaşlıqlara dair fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bəzi dağlıq ərazilərə qar yağır - Faktiki hava
-
Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur
-
Çin yeni "SatNet" internet peyk qrupunu uğurla orbitə çıxarıb
-
Dövlət Bayrağı Günü: Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilir
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













