Marketoloq Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni rəqəmsal sisteminin təqdimatında iştirak edib
Tanınmış marketoloq, "Harada Media", "Harada var?", "Harada.az" və "Careers.az" layihələrinin təsisçisi Cavid Süleymanlı Səhiyyə Nazirliyinin yeni "Tibbi Rəqəmsal Əkiz Sistemi"nin (TRƏS) təqdimat mərasiminə xüsusi dəvət olunaraq tədbirdə iştirak edib.
Daim müasir rəqəmsal trendləri və texnoloji yenilikləri yaxından izləyən Cavid Süleymanlı tədbir çərçivəsində yeni "TRƏS" tətbiqi ilə yaxından tanış olub.
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən ictimaiyyətə təqdim edilən, texnologiya sahəsində inqilab olan "TRƏS" vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanmasını və fasiləsiz mübadiləsini təmin edir.
Tədbirdə dövlət qurumlarının, səhiyyə müəssisələrinin, beynəlxalq tərəfdaşların, tibb ictimaiyyətinin və medianın nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Səhiyyə Naziri Teymur Musayev bildirib ki, rəqəmsal səhiyyə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında mühüm addımlar atılıb.
Qeyd edək ki, tədbirdə xüsusi qonaq qismində iştirak edən Cavid Süleymanlı Azərbaycanda yeni nəsil marketinq proyektlərinin qurucusudur və həyata keçirdiyi layihələrlə daim Azərbaycan gəncləri ilə birlikdə ölkəmizin gələcəyinə öz töhfəsini verməkdə davam edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
Nvidia direktorlar şurası Censen Huangi baş direktor vəzifəsinə qaytarmaq niyyətində deyil
-
Rumıniyada güclü zəlzələ baş verib
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Müxalifətin namizədi İsrail Knessetinin spikeri seçilib













