BMT-dən xəbərdarlıq: El Nino Asiyada quraqlıq və ekstremal hava riskini artıracaq
Far.Az xəbər saytı

BMT-dən xəbərdarlıq: El Nino Asiyada quraqlıq və ekstremal hava riskini artıracaq


BMT və Dünya Meteorologiya Təşkilatı (WMO) yaxın aylarda formalaşması gözlənilən El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Mütəxəssislərin hesablamalarına görə, El Ninonun sentyabr ayına qədər yaranma ehtimalı 80 faiz, noyabr ayına qədər isə 90 faizə çatır.

BAKU.WS xəbər verir ki, ekspertlər bildirirlər ki, El Nino qlobal istiləşmə ilə eyni dövrə təsadüf etdiyindən, rekord temperatur, quraqlıq, daşqın və digər ekstremal hava hadisələrinin sayını artıra bilər.

Ən böyük risklə üzləşən bölgələrdən biri Asiyadır. Hindistanda musson yağışlarının zəifləməsi, su qıtlığı və kənd təsərrüfatında ciddi itkilər gözlənilir. Çində isə bəzi bölgələrdə güclü yağışlar və daşqın təhlükəsi səbəbindən əhaliyə fövqəladə ehtiyatlar toplamaq tövsiyə olunub.

Cənub-Şərqi Asiya ölkələrində uzunmüddətli isti hava, quraqlıq, meşə yanğınları və ərzaq qiymətlərində artım riski də gündəmdədir.

Oxşar xəbərlər

Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər