Süni intellekt pandemiyaların qarşısını ala biləcək yeni vaksin hazırlayıb
Alimlər bildirirlər ki, süni intellektin köməyi ilə hazırlanmış yeni nəsil vaksin gələcək pandemiyaların qarşısını almaqda mühüm rol oynaya bilər.
BAKU.WS BBC-yə istinadən xəbər verir ki, Kembric Universitetinin tədqiqatçıları vaksinlərin əsas komponentinin ilk dəfə tamamilə süni intellekt tərəfindən dizayn edildiyini və daha sonra insanlar üzərində sınaqdan keçirildiyini açıqlayıblar.
Yeni vaksin bütün koronavirus ailəsinə qarşı qorunma yaratmaq məqsədi daşıyır. Bu, həm mövcud Covid-19 variantlarını, həm də gələcəkdə heyvanlardan insanlara keçə biləcək yeni virusları əhatə edə bilər.
Ənənəvi vaksinlər mövcud virus ştammlarına əsaslanaraq hazırlanır. Kembric alimləri isə müxtəlif koronavirusların genetik məlumatlarını süni intellektə analiz etdirərək "super-antigen" adlı yeni komponent yaradıblar. Bu antigen immun sistemini virusun yalnız bir növünə deyil, bütün ailəsinə qarşı hazırlamağı hədəfləyir.
Tədqiqatın ilk mərhələsində 39 nəfər üzərində aparılan sınaqlar vaksinin təhlükəsiz olduğunu göstərib. Təxminən 200 nəfərin iştirak etdiyi ikinci araşdırma isə onun immun sistemi üzərindəki təsirini daha dəqiq qiymətləndirəcək.
Alimlər bildirirlər ki, nəticələr hələlik məhdud olsa da, texnologiya böyük potensial vəd edir. Layihə rəhbəri Jonathan Heeney bunu pandemiyalara hazırlıq sahəsində "fundamental dəyişiklik" adlandırıb.
Hazırda tədqiqat qrupu mövsümi qrip, H5N1 quş qripi və Ebola kimi xəstəliklərə qarşı da universal vaksinlər üzərində işləyir. Məqsəd hər il yenilənməyə ehtiyac duymayan və yeni virus təhlükələrinə qarşı əvvəlcədən qoruma təmin edən vaksinlər hazırlamaqdır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan millisinin futbolçusu Lorenzo Mezzoteronun zədəsi ciddidir?
-
İstanbulda silahlı hücum zamanı üç nəfər yaralanıb
-
COP31 çərçivəsində Xəzərin külək potensialının investisiya imkanları təqdim edilib
-
Astanada Azərbaycanın Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
-
AFFA Region Liqasına yeni formatda start verilib
-
ABŞ-də üç nəfər Britaniya aviabazasında terror aktı hazırlamaqda ittiham olunub













