Elnur Əliyev Sankt-Peterburq forumu çərçivəsində Rusiya və Türkiyə rəsmiləri ilə görüşüb
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu - 2026 çərçivəsində bir sıra görüşlər keçirib.
İqtisadiyyat Nazirliyindən "Far.Az"a verilən məlumata görə, görüşlərdə iqtisadi-ticarət əlaqələrinin inkişafı, investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyası, regionlararası tərəfdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Vladimir İliçev ilə keçirilən görüşdə Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində həyata keçirilən fəaliyyətlər və regionlararası əlaqələrin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı investisiyaların təşviqi, ticarət əlaqələrinin genişləndirilməsi və birgə layihələrin reallaşdırılması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd ediblər. Bununla yanaşı, ixrac əməkdaşlığının genişləndirilməsi və ixrac həcminin artırılması məqsədilə qarşı tərəfə potensial məhsulların siyahısı təqdim olunub.
Türkiyə Respublikasının ticarət nazirinin müavini Sezai Uçarmak ilə görüşdə Azərbaycan və Türkiyə arasında münasibətlərin iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb. Görüşdə ticarət dövriyyəsinin artırılması, o cümlədən elektron ticarət, investisiya və logistika sahəsində əməkdaşlığının genişləndirilməsi, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi, nəqliyyat sahəsində icra olunan layihələr, qarşılıqlı maraq doğuran yeni layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Kareliya Respublikasının rəhbəri Artur Parfençikov ilə iqtisadi-ticarət əlaqələrin inkişafı, sənaye sahəsində əməkdaşlıq imkanları və milli-mədəni birliklər arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri nəzərdən keçirilib. Tərəflər iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, humanitar və mədəni əməkdaşlığın da regionlararası tərəfdaşlığın möhkəmlənməsinə töhfə verdiyini vurğulayıblar.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə görüşdə Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Görüşdə nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, Xəzər regionunda iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və biznes dairələri arasında əlaqələrin təşviqi məsələlərinə xüsusi diqqət yetirilib.
E.Əliyev, həmçinin Krasnoyarsk diyarı qubernatorunun birinci müavini və Qubernator Administrasiyasının rəhbəri Sergey Ponomarenko ilə görüşüb. Görüşdə iqtisadi-ticarət, sənaye, investisiyaların təşviqi və regionlararası əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün mövcud imkanları nəzərdən keçirərək, daha səmərəli əməkdaşlığın təmin edilməsi məqsədilə müxtəlif mexanizmlər və alətlər barədə fikir mübadiləsi apariblar.
Oxşar xəbərlər
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Dövlət rəsmiləri Hərbi Memorial Məzarlığı ziyarət ediblər
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"28 May"–"Nizami" xətti bağlanır: Sabahdan 6 yeni ekspres avtobus işləyəcək
-
Qurban Qurbanov: "Rəqibi topsuz qoymağa çalışırdıq"
-
Hacıqabulda avtomobilin vurduğu piyada ölüb
-
İsveç parlamenti cinayət məsuliyyəti yaşının 14-ə qədər endirilməsinə səs verib
-
ABŞ dronların idxalına rüsumlar tətbiq edib
-
SEPAH: Hörmüz boğazı bağlıdır və İran gəmiçiliyə tam nəzarət edir













